Unay Emeri yenidən "Sevilya"ya qayıda bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, klub rəhbərliyi hazırkı baş məşqçi Lopeteqinin işindən narazıdır. Onun yerinə isə Emeri düşünülür. 48 yaşlı mütəxəssis 2013-2016-cı illərdə "Sevilya"nı çalışdırıb. O, bu müddət ərzində 3 dəfə Avropa Liqası kubokunu qazanıb.

Qeyd edək ki, Emeri "Sevilya"dan ayrıldıqdan sonra PSJ və "Arsenal"ı çalışdırıb. O, hazırda işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest