28 Fevral 2020, 10:08
FUTBOL
"Milan"ın qapıçısı Amir Beqoviç A Seriyasının 26-cı turunda "Cenoa"ya qarşı görüşdə debüt edə biləcək. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumata görə, bosniya və herseqovinalı qapıçı "San Siro"dakı oyunda Milan təmsilçisinin qapısını qoruyacaq. Komandanın əsas oyunçusu Donarummanın zədəli olması Beqoviçə start heyətdə oynama şansı verib. Xəbərdə Asmirin sonuncu dəfə ötən il "Qarabağ"ın heyətində "Keşlə"yə qarşı çıxış etdiyi bildirilib.
Qeyd edək ki, 32 yaşlı oyunçu mövsümün ilk yarısını "Qarabağ"da keçirib.