AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarı açıqlanıb. Matc.az xəbər verir ki, "Badamlı" futzal klubunun apellyasiya şikayətinə baxılıb.
 
Qurum "Badamlı"nın şikayətinin təmin edilməməsini qərara alıb. AFFA İntizam Komitəsinin qərarı ilə futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin "Forza Neftçi" – "Badamlı" matçında ikincilərin üzvü Ali Mikaeili ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalandırılması qərarı da qüvvədə saxlanılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest