Bir dönəm Azərbaycan klublarında çıxış etmiş futbolçu Sadio Tounkara karyerasını Estoniyada davam etdirəcək.

Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Trans" klubuna keçib. Malili futbolçu ilə mövsümün sonuna qəcər müqavilə imzalanıb.

Tounkara ölkəmizdə "Xəzər Lənkəran" (2012-2015), AZAL (2016-2017) və "Zirə"də (2017-2019) forma geyinib.

Qeyd edək ki, azərbaycanlı futbolçu Nuran Novruzov da Estoniyanın "Trans" klubunda çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest