"Liverpul"un baş məşqçisi Yurgen Klopp "Leyptsiq"in hücumçusu Timo Vernerin "qırmızılar"a mümkün keçidini şərh edib. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis həmyerlisinin komandaya gəlib-gəlməməsi barəda konkret fikir bildirməyib:

"Oyunçuların bizim haqqda "bu, gedəcəyim son klubdur "deməsi daha çox xoşuma gəlir. Vernerin "Liverpul"a gəlmək istəməsi əlbəttə ki, gözəldir. Ancaq hazırda bu barədə başqa heç nə deyə bilməyəcəyəm".

Qeyd edək ki, Timo Verner cari mövsüm Bundesliqada 23 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest