29 Fevral 2020, 13:52
FUTBOL
Braziliyalı sabiq futbolçu Nazario Ronaldo İspaniya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, hazırda "Valyadolid"in prezidenti olan əfsanəvi oyunçu üzərində çox təzyiq hiss etdiyini bildirib:
"Düzünü deyim ki, heç futbolçu olduğum dövr bu qədər çətin keçməyib. O vaxtı belə əziyyət çəkmirdim. Klub prezindenti kimi üzərimdə çox təzyiq hiss edirəm. Ancaq indi hər şey əladır. ötən ilin sonunda tibbi müayinələrdən keçdim. Sağlamlığım üçün bunu hər il etməliyəm. Bütün göstəricilər yaxşıdır. Ən çox klubun nəticələri mənə təsir edirdi. ümid edirəm ki, bu il daha yaxşı olacam".
Qeyd edək ki, "Valyadolid" 29 xalla turnir cədvəlində 15-ci yerdə qərarlaşıb.