U21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi çexiyanın "Viktoria" (Zizkov) klubu növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, komanda "Sokolov" ilə qarşılaşıb.

Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib -3:3. Fərid bu oyunda çıxış etməyib. Onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, Nəbiyev komandası ilə keçirdiyi yoxlama görüşlərində 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest