02 Mart 2020, 12:25
FUTBOL
Azərbaycan Premyer Liqasının XIX turunda baş tutan 4 oyundan üçündə heç-heçə qeydə alınıb. "Qarabağ" – "Sabah" matçı 0:0, "Neftçi" – "Səbail" qarşılaşması 1:1, "Sumqayıt" – "Keşlə" görüşü isə 2:2 hesabı ilə başa çatıb. Yalnız "Zirə" – "Qəbələ" oyununda (1:2) qalib müəyyənləşib.
Matc.az xəbər verir ki, bununla da cari mövsümün heç-heçə rekordu təkrarlanıb. X turda da eyni sayda bərabərlik yaşanmışdı.
ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.