İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Eddi İsrafilovun formasını geyindiyi "Albasete" evdə "Ray Valyekano"nu qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə sona çatıb. Millimizin üzvü də oyunda iştirak edib. O, qarşılaşmanın 86-cı dəqiqəsində hesab 1:1 olarkən meydana daxil olub.

Qeyd edək ki, "Albasete" 34 xalla 22 komanda arasından 18-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest