"Leyptsiq"in oyunçusu Timo Verner karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, Almaniya klubu futbolçunu buraxmaq istməsə də, hücumçunun İngiltərədə oynamaq istədiyi bildirilir.

İngiltərə mətbuatı "qırmızılar"ın artıq qarşı tərəflə danışıqlara başladığını yazır. Verner daha öncə verdiyi açıqlamada Kloppla çalışmaq istədiyini söyləmişdi. Ancaq 24 yaşlı futbolçunun komandası ilə 2023-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, "Leyptsiq" rəhbərliyi onu heyətinə qatmaq istəyən klubun 60 milyon avrodan keçməli olduğunu açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest