"Atletiko" "Barselona"nın futbolçusu İvan Rakitiçi heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, Madrid təmsilçisi artıq Kataloniya klubu ilə danışıqlara başlayıb.

32 yaşlı yarımmüdafiəçi "Barselona"dan ayrılmaq istəyir. "Atletiko" oyunçunun transferini yanvarda tamamlamaq istəsə də, futbolçunun komandaya qoşulması yaya qalıb.

Rakitiç 2014-cü ildən Kataloniya təmsilçisində çıxış edir. O, bu mövsüm komandası ilə 19 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest