Türkiyə millisinin hücumçusu Cenk Tosun dizindən zədələnib. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunun durmunun ciddi olduğu bildirilib.

Yanvarda "Everton"dan "Kristal Pelas"a keçən Cenk zədə səbəbindən 7 ay meydanlardan uzaq qalacaq. Onun AVRO-2020-ni də buraxacağı ehtimal olunur. Tosun bu mövsüm Premyer Liqada 10 oyun keçirib və 2 qol burub.

Qeyd edək ki, "Yuventus"da forma geyinən Merih Demiralın da zədə səbəbindən Avropa çempionatında çıxış etməyəcəyi gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest