"Liverpul" İngiltərə Kubokunun 1/8 final mərhələsində səfərdə "çelsi"yə 0:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, bu nəticə ilə "qırmızılar" 6 il öncəki uğursuz seriyanı təkrarlayıb.

Belə ki, komanda çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə "Atletiko"ya (0:1), Premyer Liqanın son turunda isə "Uotford"a (0:3) uduzmuşdu.

Bununla da "Liverpul" ardıcıl 3 səfər matçından da məğlub ayrılıb. Bu göstərici sonuncu dəfə 2014-cü qeydə alınıb. Məhz həmin ildə "qırmızılar" səfərdə keçirdiyi ardıcıl 3 oyundan xal qazana bilməmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest