Millimizin üzvü Elvin Camalov Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını dəyərləndirib. 25 yaşlı futbolçu matc.az saytına verdiyi açıqlamada qrupun çox yaxşı olduğunu bildirib.

Millimizin üzvü Elvin Camalov Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını dəyərləndirib. 25 yaşlı futbolçu matc.az saytına verdiyi açıqlamada qrupun çox yaxşı olduğunu bildirib:

"Əlbəttə ki, yaxşı qrupa düşmüşük. Ancaq futbolda zəif rəqib olmur. Sadəcə, əvəlki qruplarla müqayyisədə şansımız daha çoxdur. Lüksemburq hazırda çox yaxşı formadadır. Son oyunlarına baxanda bunu görə bilərik. Ancaq biz heyət baxımından heç kimdən zəif deyilik. Xarakter göstərib bütün görüşlərdə vuruşsaq, qrupdan çıxmaq olar. Komandaları bir-bir dəyərləndirəndə məncə, şanslar aşağı-yuxarı eynidir".

Qeyd edək ki, Azərbaycan millisi C liqasının I qrupunda Lüksemburq, Kipr və Monteneqro yığmaları ilə birgə mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest