"Mançester Yunayted"in futbolçusu Pol Poqba komanda ilə birgə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Məlumata görə, fransalı uzun müddət sonra "Mançester Siti"yə qarşı görüşdə heyətdə olacaq. O, yanvarda ayaq biləyində problem olduğu üçün əməliyyat keçirmişdi. 26 yaşlı futbolçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində çıxdığı 7 oyunda 2 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Mançester Yunayted" – "Mançester Siti" qarşılaşması martın 8-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest