İngiltərə Liqa Kubokunun 1/8 finalında "Derbi Kountri" ilə qarşılaşacaq "Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer rəqibin forvardı Ueyn Runi barədə danışıb. Matc.az xəbər verir ki, norveçli mütəxəssis  onu "qırmızı şeytanlar"ın tarixində ən yaxşı hücumçu olduğunu açıqlayıb:

"Runi gələcəkdə "Mançester Yunayted" in baş məşqçisi ola bilər. Bu onun istək və çalışmasından asılıdır. Futbol insana ikinci bir həyat verir. Əminəm ki, bir çox keçmiş oyunçu mənim yerimdə olmağı arzulayır".

Qeyd edək ki, "Derbi Kountri" –"Mançester Yunayted" qarşılaşması bu gün keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest