"Borussiya"nın hücumçusu Erlinq Holandın atası Alf İnqe Holand oğlunun gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, o, La Liqanın Erlinqə yaraşdığını düşünür:

"Oğlum "Borussiya"da oynadığı üçün çox xoşbəxtəm. Ən əsası inkişaf etməyə davam etməlidir. Hücumçu kimi yaxşıdır, eyni zamanda bir çox asisst də edir. Əlbətdə onunla fəxr edirəm. Erlinqlə yüzdən çox komanda maraqlanırdı. Düzdür, La Liqa oğlum üçün uyğun çempionatdır. Orada əla komandalar var. Ancaq İspaniyada oynayıb-oynamayacağını bilmirəm. Gələcəkdə nə olacağını birlikdə görəcəyik".

Qeyd edək ki, Erlinq Holand yanvarda "Zalsburq"dan "Borussiya"ya keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest