"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinad komandanın Poqba ilə bağlı qərar verməli olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, o, bu bəlirsizliyin kluba ziyan verdiyini düşünür:

"Komanda artıq Poqba ilə bağlı qərarını verməlidir. Sulşer onu istəyir, yoxsa göndərəcək? Futbolçu özü də qərarını açıqlamalıdır. Qalır, yoxsa ayrılmaq istəyir? Bütün bu söz-söhbətlər "Mançester Yunayted"ə zərər verir. Tərəflər qarşılıqlı razılığa gəlməlidirlər".

İngiltərə mətbuatı Pol Poqbanın "Yuverntus"a keçəcəyini yazır. Ancaq Mançester təmsilçisinin futbolçu üçün tələb etdiyi 100 milyon avro bu transferin reallaşmasına mane olur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest