"Barselona"nın baş məşqçisi Kike Setyen köməkçisi Eder Sarabianın futbolçularla olan rəftarına münasibət bildirib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bu səbəbdən komandadan üzr istədiklərini söyləyib:

"Ederlə bu barədə danışdıq. Məsələ ilə bağlı komandadan artıq üzr istəmişik. Bu, mənim səhvimdir, nəzarəti özümdə saxlamalıydım. Yaşananlardan çox məyusam. Bizi uğursuz nəticələrə görə tənqid də bilərlər, davranışa görə yox. Eder özünü idarə etməyi öyrənməlidir. Bənzər hadisələr keçmişdə də yaşandığından, o, üzərində çalışır. Biz klubu təmsil edirik, davranışımız qüsursuz olmalıdır".

Qeyd edək ki, köməkçi məşqçi Eder Sarabia "el klasiko"dan sonra bir neçə futboluya ağır təhqirlər edib. Bundan sonra isə Messinin onu klub rəhbərliyinə şikayət etdiyi yazılır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest