Qadınlardan ibarət Avro-2021-in seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək  Azərbaycan – Polşa oyununa təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
 
Görüşü Rumıniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristiana Mariana Trandafirdir. Onun köməkçiləri isə Petruta Klaudia Lugulesku və Daniela Konstantinesku olacaq. Dördüncü hakim funksiyasını Luliana Elena Demetresku yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest