çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək PSJ - "Borussiya" oyunu azarkeşsiz olacaq. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, koronavirusun sürətlə yayılması səbəbindən "Park de Prens"də oynanılacaq qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

Qeyd edək ki, görüş martın 11-də keçiriləcək. İlk matçda Dortmund klubu 2:1 hesablı qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest