İspaniyanın "Real" klubunun futbolçusu Tibo Kurtua sıradan çıxıb.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı qapıçı La Liqanın 27-ci turunun "Betis"lə matçında (1:2) qarın nahiyəsindən zədə alıb.

Kurtuanın son durumu tibbi müayinədən sonra bilinəcək. 27 yaşlı qapıçının bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest