Asmir Beqoviç karyerasını "İnter"də davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Asmir Beqoviç karyerasını "İnter"də davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.  

Məlumata görə, Milan təmsilçisi növbəti mövsüm 33 yaşlı qapıçını heyətinə cəlb etməyi düşünür. Samir Handanoviçin son zamanlar zədəli olması klub rəhbərliyini qolkiper axtarmağa məcbur edib. Bu səbəbdən də "İnter" Beqoviçi transfer etmək istəyir.

Bosniyalı "Milan"da əsas heyətə düşməyə çətinlik çəkir. Xəbərdə onun bu səbəbdən "qırmızı-qaralar"dan ayrılmağa müsbət yanaşa biləcəyi qeyd edilib.

Qeyd ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest