çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə PSJ-"Borussiya"qarşılaşmasının azarkeşsiz olması ev sahibinə baha başa gələcək. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, Paris klubu oyun azarkeşsiz keçirildiyi üçün 10 milyon avro itirəcək. Belə ki, qarşılaşmada bilet satışlarının olmaması ilə yanaşı, stadionun ətrafındakı restoran və kafelər də çalışmayacaq.

Bundan başqa ev sahibi komanda görüşün ardından stadionda təmizlik işləri aparması üçün əlavə işçi qüvvəsinə ehtiyac duyacaq. 

Xatırladaq ki, koronavirusun yayılma ehtimalının olduğu üçün görüşə azarkeşlərin girişi qadağan edilib. 

Qeyd edək ki, PSJ-"Borussiya" matçı martın 11-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest