"Leyptsiq"in forvardı Timo Verner gələcək karyerası haqda danışıb. Matc.az xəbər verir ki, almaniyalı futbolçu komandadan ayrılma ehtimalının olduğunu gizlətməyib:
"Hazırda oyunçular "Liverpul" və ya "Mançester Siti" kimi bir klubun üzvü olmaq istəyirlər. Bunlar əla məşqçiləri olan yaxşı komandalardır. Ancaq burada özünüzə bir sual verməlisiniz ki, həqiqətən güclü heyətləri olan bu klublara keçə biləcəksinizmi? Bu məqamı nəzərə almaq lazımdır. İkinci seçim böyük dəyişikliklərə ehtiyacı olan komandalardır. Hansıki keçmişdə böyük uğurlar qazansalar da, indi yüksək səviyyədə rəqabət apara bilmirlər. "Mançester Yunayted" bunlardan biridir. Açığı, "Leyptsiq"də böyük uğurlar qazanıb, nəyəsə nail ola bilib-bilməcəyim haqda çox düşünürəm. Yəqin ki, bəzi qərarlar verməyə məcbur qalacam".
Qeyd edək ki, Vernerin yayda "Liverpul"a keçəcəyi gözlənilir. O, daha öncə Yurgen Kloppla çalışmaq istədiyini açıqlamışdı.