"çelsi"nin braziliyalı oyunçusu Villian gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, təcrübəli futbolçu hələlik "çelsi" ilə razılığa gələ bilmədiyini vurğulayıb:
"Burada qalıb-qalmayacağımı hələ bilmirəm. Digər komandalardan təklif yoxdur. "çelsi"dən başqa heç kimlə danışıq aparmıram. Heç bir klub konkret bir şey deməyib. "çelsi" mənə iki illik müqavilə təklif edib. Ancaq mən sözləşmənin üç illik olmasını söylədim. Hələlik heç bir qərar verilməyib. Bütün hallarda "çelsi"nin oyunçusuyam və müqaviləm bitənə qədər komandaya kömək etmək üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, 31 yaşlı futbolçu bu mövsüm komandası ilə 37 matç keçirib və 7 qol vurub. Bir müddət əvvəl "Barselona", "Yuventus" və "Tottenhem"in də braziliyalıya maraq göstərdiyi bildirilmişdi.