AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XX turunda yaşananlar müzakirə olunub.

çempionatın sonuncu turunda keçirilən "Keşlə" – "Qarabağ" oyununda ev sahibi komandanın 5, "Səbail" – "Zirə" görüşündə qonaqların və "Neftçi" – "Sabah" matçında  "ağ-qaralar"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimələnib.

Bundan başqa, "Zirə" klubunun qapıçısı Emil Balayev formasındakı qüsura görə oyunun gec başlamasına səbəb olub. Bunun üçün qəsəbə təmsilçisi əlavə 800 manat ödəməli olacaq.

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə isə "Səbail" klubu 800 manat cərimələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest