"Xetafe"nin prezidenti Angel Torres UEFA-ya müraciət edib. Matc.az xəbər verir ki, o, komandasının İtaliyaya getməsinə icazə verməyəcəyini açıqlayıb:

"Bu qarşılaşmanı Milanda oynamaq olmaz. Oyunçularımı koronavirusun içərisinə soxa bilmərəm. Bunun üçün məğlubiyyət alacamsa, eybi yox. Görüşü təxirə salmaq daha məntiqli görünür. Hazırda İspaniyadan çıxış yoxdur. UEFA bunun üçün hökümətdən xüsusi icazə almağımızı istəyir. Ancaq almayacam, ölkənin qərarına hörmət edəcəm".

Qeyd edək ki, "Xetafe" Avroliqanın 1/8 final mərhələsində "İnter"lə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest