"Napoli"nin forvardı Arkadiuş Milik karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, 26 yaşlı oyunçu "Arsenal" və "Tottenhem"in hədəfindədir. Klub nümayəndələrinin onu bir neçə dəfə izlədiyi bildirilir. "Napoli" rəhbərliyi polşalı futbolçuya 50 milyon avro qiymət qoyub.

Qeyd edək ki, Milik bu mövsüm A Seriyasında 16 oyuna çıxıb və 9 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest