Basketbol üzrə Azərbaycan çempionatının XXI turu yenidən təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.

Martın 3-də və 5-də keçirilməli olan görüşlər təxirə salındıqdan sonra  bu günə planlaşdırılsa da, qarşılaşmalar baş tutmayacaq.

Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçirilməli olan Superliqanın matçlarının təxirə salınması texniki səbəblərlə bağlıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest