"Sevilya"nın bir neçə oyunçusu Avroliqanın 1/8 final mərhələsində keçiriləcək "Roma" ilə görüşə çıxmaq istəməyiblər. Matc.az xəbər verir ki, buna səbəb koronavirusun yoluxma ehtimalıdır.

İspaniya mətbuatı yazır ki, oyunçular bununla bağlı klub rəhbərliyinə müraciət ediblər. Rəhbərlik hələlik futbolçuların bu istəyinə heç bir cavab verməyib. Hazırda Avropada virusdan ən çox əziyyət çəkən ölkə İtaliyadır.

İspaniya hökuməti İtaliya ilə hava yollarını bağlayıb . Bu səbəbdən də "Roma" Portuqaliyaya, oradan da avtobusla Sevilya şəhərinə keçəcək.

Qeyd edək ki, oyun martın 12-də İspaniyada baş tutmalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest