12 Mart 2020, 13:23
FUTBOL
"Atalanta"nın baş məşqçisi Can Pero Qasperini İtaliyadakı koronavirus təhlükəsindən danışıb. Matc.az xəbər verir ki, o, mövcud vəziyyətin yaxşı olmadığını bildirib:
"Artıq yorulmuşuq. Reallığın dəhşətli olduğunu bilirik. Bazar günündən bəri çox şey dəyişdi. Dörd gün əvvəl dünya tamamilə fərqli idi. Bazar ertəsi başqa və bu gün yenə fərqlidir. Nə edəcəyimizi bilmirik, ancaq məşq etmək istəyirik. Gələcək haqda heç bir fikrimiz yoxdur. Hazırda yalnız qeyri-müəyyənlik var. ümumiyyətlə, bundan sonra nə olacaq? Yenə oynayacağıq? Xəbərsizik. Ancaq onu bilirik ki, çempionlar Liqasının dörddəbir finalına çıxdıq və çempionatda yaxşı gedirik".
Qeyd edək ki, İtaliyada 12462 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.