"Yuventus"un ulduz futbolçusu Kristiano Ronaldo bir müddət İtaliyaya qayıtmağı düşünmür. Matc.az xəbər verir ki, komanda yoldaşı Daniel Ruqanin koronavirusa yoluxmasını ardından portuqaliyalı özünü ölkəsində karantinə alıb.

O, A Seriyasının sonuncu turunda "İnter"ə qarşı görüşdən (2:0) sonra xəstə anasını ziyarət etmək üçün Portuqaliyaya gedib. Bundan sonra isə çemponatlar virus səbəbindən təxirə salınıb. 35 yaşlı futbolçu da ölkəsində qalmağa qərar verib.

Bu gün səhər saatlarında Turin klubunun sosial şəbəkə hesabından məsələ ilə bağlı məlumat verilib. Paylaşımda Ronaldonun məşqə qatılmadığı və səhhəti ilə bağlı Madeirada qalmağa üstünlük verdiyi bildirilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest