Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton" komandası Avroliqanın 1/8 final mərhələsində səfərdə "Olimpiakos"la heç-heçə edib – 1:1

Matc.az xəbər verir ki, Renat bu görüşdə oynamayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib. Dadaşov "Vulverhempton"un U23 komandasında çıxış edir. O, hələki əsas heyətdə debüt edə bilməyib.

Qeyd edək ki, İngiltərə təmsilçisi 20 yaşlı futbolçunun adını Avroliqa oyunları üçün UEFA-ya təqdim etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest