"Mançester Yunayted"in sabiq forvardı Dimitar Berbatov "Liverpul"un baş məşqçisi Yurgen Kloppun Dieqo Simeoneyə qarşı söylədiyi fikirlərə münasibət bildirib. Matc.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin yanıldığını bildirib:

"Simeone oyun tərzinə daha da diqqət etməli və Kloppun dediklərinə əhəmiyyət verməməlidir. Yurgen "Atletiko"nu müdafiə oynadığına görə tənqid etməkdə yanılır. Bu, Simeonenin öz seçimidir. Tənqidlər mənasızdır. "Liverpul" "Atletiko"nun necə oynayacağını mükəmməl bilirdi və yenə də onları məğlub edə bilmədi. Bundan əlavə, Simeonenin tərzi komandaya çox uğurlar qazandırıb. Madird təmsilçisini iki dəfə çempionlar Liqasının finalına gətirib. La Liqada "Real" və "Barselona" hegemonluğuna son qoyub. Əslində Dieqo "Atletiko"nu həqiqi bir maşına çevirib. Buna görə heç kim onu üslubunda israrlı olmasına görə tənqid etməməlidir".

Qeyd edək ki, Kolpp "Atletiko"nu çempionar Liqasının-nin 1/8 final mərhələsinin cavab görüşündən sonra (2:3) müdafiə futbolu oynadığına görə tənqid etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest