Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb. Matc.az xəbər verir ki, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.
 
Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.
 
"Copper Box Arena"da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.
 
Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk "səkkizlik"də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da "altılıq" lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə "dördlük" Tokio-2020 arzusunu reallaşdıracaq.
 
Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində "altılıq" lisenziyaya sahib olacaqsa, 75 kq-da isə "dördlük" Olimpiadada iştirakını rəsmiləşdirəcək.
 
Qeyd edək ki, martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.
 
Kişilər
 
14 mart (şənbə)
 
1/32 final, 75 kq
Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)
 
1/16 final
57 kq
Tayfur Əliyev – Bişara Sabbar (İsrail)
 
15 mart (bazar)
 
1/16 final
63 kq
Cavid çələbiyev – Kiril Rusinov (Bolqarıstan)
 
91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)
 
16 mart (bazar ertəsi)
 
1/16 final
69 kq
Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)
 
1/8 final
52 kq
Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)
 
17 mart (çərşənbə axşamı)
 
1/8 final
81 kq
Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)
 
18 mart (çərşənbə)
 
1/8 final
+91 kq
Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)
 
Qadınlar
1/16 final
 
14 mart (şənbə)
 
51 kq
Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)
 
17 mart (çərşənbə axşamı)
 
1/8 final
57 kq
Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)
 
75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest