"Barselona" qapıçısı Ter Ştegenle müqavilə müddətini uzatmağa hazırlaşır. Matc.az xəbər verir ki, klubun idman direktoru Erik Abidal oyunçunun agenti ilə danışıqlar aparır.

Təcrübəli qolkiper daha öncə "Barselona"da qalmağa müsbət yanaşmırdı. Buna səbəb onun "çelsi" və "Bavariya"dan daha sərfəli təkliflər alması kimi göstərilib. Ancaq Kataloniya klubu qapıçını heyətdə saxlamaq niyyətindədir. Rəhbərliyin tez bir zamanda Ter Ştegenlə 5 illik müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, almaniyalı oyunçunun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest