"Fiorentina"nın daha üç üzvü koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu haqda klub saytı məlumat yayıb.

 Açıqlamada Patrik Kutrone,  German Pesselya  və fizioterapevti Stefano Daniellenin test nəticələrində virus aşkarlandığı vurğulanıb. Dünən isə futbolçulardan Duşan Vlahoviçin də koronavirusa yoluxduğu bildirilmişdi.

Qeyd edək ki, adı çəkilənlərin hər birinin karantinə alınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest