İngiltərə - İtaliya hazırlıq oyunu ləğv olunub. Matc.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb.

Məlumata görə, buna səbəb koronavirus epidemiyası olub. Qarşılaşma martın 27-də Londonun "Uembli" stadionunda keçirilməli idi.

Bundan əvvəl Almaniya - İtaliya yoldaşlıq görüşü də ləğv olunmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest