"Barselona" qapıçısı Ter Ştegenle müqaviləni uzatmaq istəyir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu almaniyalı qolkiperi komandada saxlamaq niyyətindədir. Rəhbərlik ona bonuslar xaric illik 6,5 milyon avro təklif edib. Tərəflər arasında danışıqlar davam edir.

Son xəbərlərə görə isə Ter Ştegen bu təkliflə razılaşmayıb. O, "Barselona"dan illik 15 milyon avro tələb edib. Klubun isə bu rəqəmi verə bilməyəcəyi bildirilir.

Qeyd edək ki, almaniyalı qapıçının müqaviləsi gələn ilə qədərdir. Rəhbərlik ona 3 illik sözləşmə təklif edib.        

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest