"Milan"ın qapıçısı Asmir Beqoviç koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən olan İtaliyadakı vəziyyəti şərh edib. Matc.az xəbər verir ki, o, durumun çox ciddi olduğunu bildirib:

"Bütün şəhər bağlanıb, restoranlar fəaliyyət göstərmir. Küçələr tamam boşdur. Yalnız supermarketlər açıqdır. Bir az yemək ala bilərsiniz və sonra birbaşa evinizə qayıtmalısınız. Bu, dəlilikdir. Düşünürsən ki, bu bir filmdir. Əvvəllər belə şey görməmişdim. Bu durum İtaliyaya çox ağır gəlir. Hərdən digər komandanın oyunçularını görürük. Məşq keçməməyimiz qəribədir. Bu müddətdə filmlər izləməyə çalışıram".

Qeyd edək ki, Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest