"Nyukasl"ın əfsanəsi Alan Şirer Premyer Liqanın gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, o, "Liverpul"un mümkün çempion elan edilməsi ehtimalını doğru saymır:

"Əgər mövsüm sona çatmırsa, siz qalib və ya məğlubu açıqlaya bilməzsiniz. Bilirəm, bu, "Liverpul" üçün ağır gələcək. Ancaq qərarlar vicdanları rahat etməlidir".

Qeyd edək ki, İngiltərə mətbuatı mövsümün saxlanılacağı təqdirdə "qırmızılar"ın çempion elan ediləcəyini bildirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest