Koronavirusa yoluxan "Valensiya"nın futbolçusu Ezekiel Qarayın həyat yoldaşı onun səhhəti ilə bağlı danışıb. Matc.az xəbər verir ki, o, mümkün qədər sakit qalmalı olduğunu bildirib:

"Bu vəziyyətdə özümü itirə bilmərəm. Sakit qalmalıyıq. Bacardığımız qədər bu virusu məğlub etməliyik. Hər şey nəzarət altındadır. Qorxulu heç nə yoxdur".

Qeyd edək ki, "Valensiya"da Qarayla yanaşı, Xose Qaya və Eliakim Manqala da koronavirusa yoluxub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest