"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının 23-cı turunda "Beşiktaş"la keçirilən oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, görüşün təxirə salınmamasına təpki göstərib:

"50 min azarkeşdən məhrum olduq. Türkiyədə ağlınıza gələ biləcək bütün qurumlar tədbirlərini ləğv etdi. Yalnız təmas oyunu olan futbol, basketbol və həndbol davam edir. Avropanın böyük liqaları təxirə salınıb, ancaq biz davam edirik. Azarkeşsiz oyun keçirməyimizin səbəbi koronavirusdursa, bizim 850 işçimiz var. Birimizdə bu xəstəlik çıxarsa, topdaşıyan uşaqdan tutmuş hamı karantinə alınmalıdır. Bizim canımız, ailəmiz yoxdur? Allahdan qorxmursunuz? UEFA-nın martın 17-dəki toplantısına klubları təmsil edəcək heç kimin qatılmaması üzücü məqamdır".

Qeyd edək ki, görüş 0:0 hesabı ilə nəticələnib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest