Yunanıstanın "Panatiniakos" klubu millimizin qapıçısı Emil Balayevi transfer edə bilər. Matc.az xəbər verir ki, bu barədə "Newspao.gr" saytı məlumat yayıb.

Məlumata görə, klub mövsümün sonunda yeni qolkiper heyətinə cəlb edəcək. Tərtib edilən siyahıda millimizin üzvünün də adı yer alıb. Xəbərdə Emil Balayevin "Ayntraxt" klubunda çıxış etdiyi və hazırda karyerasının yüksəliş dövrünü yaşadığı da vurğulanıb. Bununla yanaşı, "Panatiniakos"un azad agent statuslu və maaşı 200 min avrodan yüksək olmayan qapıçı transfer edəcəyi bildirilib.

Qeyd edək ki, Balayev "Zirə" ilə mövsümün sonu qədər müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest