Harri Keyn karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, "Yuventus" forvardın xidmətində maraqlıdır. Turin klubunun ilk hədəfi yayda oyunçunu heyətinə qatmaqdır. "Tottenhem" hücumçunun dəyərinin 200 milyon avro olduğunu açıqlayıb.

İngiltərə mətbuatı isə Keynin Londondan ayrılmaq istədiyini bildirir. Futbolçunun xidmətində "Real"ın da maraqlı olduğu yazılır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest