17 Mart 2020, 10:32
FUTBOL
"Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov dünən axşam saatlarında məhkəməyə aparılıb. Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, hakim qarşısına çıxan "Palmali Şirkətlər Qrupu"nun prezidenti barəsində məhkəmə həbs qərarı verib. Mənsimov martın 15-də İstanbul Prokurorluğu tərəfindən FETö ilə bağlı araşdırma çərçivəsində saxlanılıb.
Qeyd edək ki, azərbaycanlı iş adamı FETö ilə əlaqələrini təkzib edib.