Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu çempionatlar tarixinin ən məhsuldar 10 futbolçusu siyahısında heç bir dəyişikliyə səbəb olmayıb. Matc.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
 
Bu da onunla bağlıdır ki, ən yaxşı 10 bombardir karyerasını başa vuranlardan ibarətdir. Hələ çıxışını davam etdirənlər isə liderlərdən çox uzaqdır. "Top-10"dakı oyunçuların hamısı 100 qol səddini aşıb. Cari mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu isə Rauf Əliyevdir. O, cəmi 57 qola sevinib.
 
Qeyd edək ki, cədvələ 183 qol vuran Nazim Əliyev başçılıq edir. Müşfiq Hüseynov ondan 58 top geri qalır. Rövşən Əhmədovu isə ikinci pillədən 9 qol ayırır.
 
1. Nazim Əliyev - 183
 
2. Müşfiq Hüseynov - 125
 
3. Rövşən Əhmədov - 116
 
4. Qurban Qurbanov - 115
 
5. Samir Ələkbərov - 115
 
6. Alay Bəhramov - 108
 
7. Nadir Nəbiyev - 103
 
8. Xaqani Məmmədov - 102
 
9. Vadim Vasilyev - 102
 
10. Kənan Kərimov - 101

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest