17 Mart 2020, 14:44
FUTBOL
Koronavirus epidemiyasına görə Latviyada da çempionat dayanıb. Bunun üçün də Qurbanlının çıxış etdiyi klub məşqləri saxlayıb
"Səbail"dən Latviyanın "Dauqavpils" klubuna transfer olunan Orxan Qurbanlı Azərbaycana qayıdıb. Bu barədə futbolçu özü matc.az-a məlumat verib.
Koronavirus epidemiyasına görə Latviyada da çempionat dayanıb. Bunun üçün də Qurbanlının çıxış etdiyi klub məşqləri saxlayıb. Orxan isə Azərbaycana qayıtmağa məcbur qalıb. O, komandadakı digər legionerlərin də öz ölkələrinə getdiyini bildirib.
Qeyd edək ki, 24 yaşlı futbolçu Latviya təmsilçisi ilə mövsüm sonuna qədər müqavilə imzalamışdı.