Araşdırmaya görə, "Liverpul" dünyanın ən bahalı heyətinə sahib olub. Komandanın qiyməti 1 milyard 405 milyon avro olaraq göstərilib

Beynəlxalq İdman Araşdırması Mərkəzi (CIES) dünyanın ən bahalı klublarının siyahısını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya 30 komanda daxil edilib.

Araşdırmaya görə, "Liverpul" dünyanın ən bahalı heyətinə sahib olub. Komandanın qiyməti 1 milyard 405 milyon avro olaraq göstərilib. İkinci pillədə isə hazırda Premyer Liqada "qırmızılar"ın ən yaxın izləyicisi olan "Mançester Siti"dir. "Şəhərlilər"in dəyəri 1 milyard 361 milyon avro təyin edilib.

Siyahıda 3-cü pillədə "Barselona" qərarlaşıb. Kataloniya təmsilçisi 1 milyard 170 milyon avroluq heyətə sahibdir. Dördüncü pillədə "Barselona"nın əzəli rəqibi "Real" var. "Kral klubu"nun qiyməti 1 milyar 100 milyon avrodur.

"çelsi" 1 milyard 8 milyon avroluq dəyərlə beşincidir. PSJ isə cədvəldə 9-cu pillədə qərarlaşıb. Fransa klubunun dəyəri 979 milyondur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest